"Təhsildə keyfiyyət ili"çərçivəsində pedaqoji mühazirələr

27 noyabr 2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin iclası keçirildi. İclasda "Təhsildə keyfiyyət ili" çərçivəsində pedaqoji mühazirələrin müzakirəsi oldu. Müzakirə zamanı ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində, ümumbəşəri dəyərlərə yiyələnən yaradıcı, müstəqil düşünməyi bacaran fəal şəxsiyyətin yetişdirilməsində müəllim əməyinin danılmaz olduğu vurğulandı. " Şagirdlərdə yaradıcı təfəkkürün inkişaf etdirilməsi", "Müəllim-şagird münasibətlərinin qurulması", "Ədəbiyyat dərslərində müasir texnologiyalardan istifadə", "Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu" və s.mövzular əsasında maraqlı diskussiya yarandı. Təcrübəli müəllim Xalidə Sadıqovanın "Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu"mövzusunda pedaqoji mühazirəsi maraqla qarşılandı.