30-cu Polis bölməsinin YYÇ işləri üzrə inspektoru polis kapitanı Elvin Quliyevin iştirakı ilə keçirilən görüş

28 noyabr 2017-ci il tarixdə saat 1200-da V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə “Məktəbə lazım olmayan ləvazimatların, xüsusən kəsici və deşici alətlərin məktəbə gətirilməsinin yolverilməzliyi” mövzusunda hüquqi, maarifləndirici, profilaktik görüş keçirildi. Görüşdə 281 nömrəli tam orta məktəbin direktoru Gülşən Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini İlham Kazımov, tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva, psixoloq Nurlanna Əhmədova və 30-cu Polis bölməsinin YYÇ işləri üzrə inspektoru polis kapitanı Elvin Quliyev iştirak etdilər.