"Bədii ədəbiyyatda uşaq taleləri"

Uşaqlarda bədii ədəbiyyata maraq yaratmaq, onlarda sərbəst düşünüb nəticə çıxarmaq bacarığını formalaşdırmaq məqsədi ilə siniflərdə müxtəlif bədii əsərlərin müzakirəsi keçirilir. VIf sinfi "Bədii ədəbiyyatda uşaq taleləri" mövzusunda T. Ş. Simurqun "Qayçı" əsərin müzakirə etdilər. Kitabxanada keçirilən müzakirədə kitabxanaçılar və fənn müəllimi Zərövşən Qafarova uşaqların fikirlərini dinləyib, əsər qəhrəmanı Məmmədin acınacaqlı taleyi ilə müharibə zamanı qaçqın düşən uşaqların tale bənzərliyi ürək ağrısıyla təhlil edildi. Kimsəsiz uşaqlar və onlara qayğıdan danışan şagirdlər dövlətimizin belə uşaqlara doğma münasibətini xüsusi vurğuladılar. Bildirdilər ki, əsərdə olduğu kimi kimsəni nahaqdan günahlandırmaq, ona işgəncə vemək heç bir ədalətə uymur. Belə insanlar insanlığa bir yamaqdır- fikri ilə müzakirə yekunlaşdırıldı.