"Təhsildə keyfiyyət ili" çərçivəsində pedoqoji mühazirə

25.11.2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə metodbirləşmə iclasları keçirildi. "Təhsildə keyfiyyət ili" çərçivəsində pedoqoji mühazirələrin oxunuşu oldu. Diferensiallaşdırma və fərdi yanaşma prinsipi, müəllim-şagird münasibətlərinin pedoqoji əməkdaşlıq əsasında qurulması, şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi, istedadlı şagirdlərlə işin təşkili prinsiplərini öz iş təcrübələrində səmərəli tətbiq edən müəllimlərin mühazirələri dinləyicilər tərəfindən bəyənildi. Gənc müəllimlər təcrübəli müəllimə Zemfira Rüstəmovanın "Şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi" mövzusunda oxuduğu mühazirədən çox şey öyrəndiklərini söylədilər.