Azərbaycanın unudulmaz səsi

24.11.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbin Ve sinif şagirdləinin sinif təşkilat saatı keçirildi. Təşkilat saatı unudulmaz müğənnimiz, Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətləri olan Bülbülə həsr olundu. Əsil adı Məşədi Rza oğlu Məhəmməd olan bu gözəl səs sahibi xalq tərəfindən sadəcə “Bülbül” adlandırılmış, sevilmişdir. Çoxlarının bəlkə də, əsl adını unutduğu xanəndəmizin həyat və yaradıcılığı barədə də şagirdlərdən Ə.Cəmilə, K.Ronald, İ.Polad, B.Günay, H.Aytac maraqlı təqdimatlar etdilər. Şagirdlərdən Ə.Bahar, S.İlahə, Y.Zəhra hazırladıqları divar qəzetini nümayiş etdirdilər. Sinif rəhbəri M.Mehriban çıxışında sənətkarımızın Qarabağda, gözəl Şuşamızda doğulduğunu bu gün doğma torpaqlarımızın düşmən tapdağında olduğunu qeyd etdi. Çıxışın sonunda Azərbaycan musiqi sənətinin daha bir dahisi Ü. Hacıbəyovun “Koroğlu” operasının uvertürasını səsləndirməklə şagirdlərdə vətənpərvərlik ruhu aşıladı.