"Pedaqoji Şura"

20.11.2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə Pedaqoji şura keçirildi. Pedaqoji şurada "Təhsildə keyfiyyət ili" çərçivəsində məktəbin tədbirlər planına əsasən görülən işlər müzakirə edildi. III-IV siniflərdə oxuyub-anlama bacarıqlarına yoxlanması və onun nəticələri barədə arayışla Bəsti Nəsibova, V siniflərdə Azərbaycan dili və riyaziyyat fənnlərinin yoxlanmasının nəticələri barədə arayışla Gültəkin Axundova, IX, X, XI siniflərdə fənlərin tədrisi vəziyyətinin yoxlanması və nəticələri haqqında, eyni zamanda "Bilik yarışı" məktəb turunun nəticələri barədə İlham Kazımov çıxış etdi. Sonda cari məsələləri barədə məktəbin direktoru Gülşən xanım Əliyeva çıxış edərək qarşıda duran vəzifələrdən və görüləcək işlərdən danışdı.