"Vətən yolunda şəhid olanlar unudulmur"

15.11.2017-ci il tarixində IXa sinfində keçirilən təşkilat saatı 20 Noyabr 1991-ci il Qarakənd faciəsinə həsr olundu. Təşkilat saatında şagirdlər vertolyot qəzasında faciəli şəkildə həyatlarını itirən məsul şəxslər haqqında təqdimatlar etdilər. Sinif rəhbəri Gülayət Bayramova şagirdlərə 20 noyabr 1991-ci ildə hökumət nümayəndələrini aparan hərbi vertolyotun erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında  vurulduğu haqqında məlumat verdi. Həmin terrorda 23 nəfər say-seçmə insanın faciəvi surətdə həlak olduğunu şagirdlərə çatdırdı. "Vətən yolunda şəhid olanlar unudulmur" deyərək fikrini tamamladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi