"Yoluxucu xəstəliklərdən necə qorunmalı" adlı təqdimat

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin IIc sinif müəllimi Aygün Nəcəfova Həyat bilgisi fənnindən "Yoluxucu xəstəliklərdən necə qorunmalı" mövzusunda təqdimat keçirdi. Mövzu əsasında şagirdlər meyvə və tərəvəzlərin xeyri, şəxsi gigiyena qaydalarına necə əməl etdikləri haqqında bildiklərini söylədilər. Müəllim sağlamlığın insanın həyat tərzi ilə birbaşa bağlı olduğunu, sağlamlığı qorumağın əsas yolları, düzgün qidalanma, idman, şəxsi gigiyena qaydalarına və yuxu rejiminə əməl etməyin vacibliyini qeyd etdi.