M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa"

10.11.2017-ci il tarixində məktəbimizin ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə dahi Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Dəyirmi masada Xd sinif şagirdləri böyük şairin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında məlumat verdilər, şeirləri və qəzəllərindən nümunələr söylədilər. Vaqif yaradıcılığında realizmi, xəlqiliyi, xalq ruhuna bağlılığı Azərbaycan dilinin şirinliyi yaradıcılığından nümunələrlə bir daha nümayiş etdirdilər. Şagirdlər vurğuladılar ki, Vaqif yaradıcılığında müxtəlif mövzulara toxunmuş, lakin daha çox qoşma janrında yazdığı şeirlərdə Azərbaycan qadınlarına, qızlarına xas olan keyfiyyətləri tərənnüm etmişdir. Sonra isə Vaqif həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirildi. Dəyirmi masada məktəbin direktoru Gülşən xanım Əliyeva, tərbiyə işləri üzrə direktor müavini İlham Kazımov, kitabxanaçı və fənn müəllimləri də iştirak etdilər. Sonda onlar şagirdlərə dəyərli tövsiyələr verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi