"Stolüstü idman oyunları "mövzusunda "Dəyirmi masa"

08.11.2017-ci ildə 1a sinfində "D d"herfi, "Stolüstü idman oyunları" mövzusunda dəyirmi masa keçirildi. Dərs zamanı şagirdlər qruplara bölünərək "Şahmat", "Dama", "Domino", "Nərd", "Bilyard" oyunlarının yaranma tarixi, oyun qaydalari haqqinda təqdimat hazırladılar. Sinif rəhbəri Pərvanə Kərimova prezident Ilham Əiyevin idman sahəsinə ayırdığı diqqətdən söhbət açdi. Uğurlar qazanılan zaman himnimizin səslənməsini, bayrağımızın yüksəklərə qaldırılmasını vurğuladı.