"12 Noyabr Konstitusiya Günü"dür mövzusunda "Dəyirmi masa"

10 noyabr 2017-ci il tarixdə IX sinif şagirdlərinin iştirakı ilə "12 Noyabr Konstitusiya Günü"dür mövzusunda dəyirmi masa keçirildi. İlk olaraq direktor müavini Arzu Əliyeva çıxış edərək Azərbaycan Respublikasının ilk Konstitusiyası haqqında məlumat verdi. Tarix müəllimi Xətai Hüseynov öz çıxışında Konstitusiyanın müstəqilliyimizin əsas göstəricisi olduğunu izah etdi. Dövlətin Əsas Qanunu və onun tərkib hissələri haqqında məlumat verdi. IXb sinif şagirdlərindən Bağırlı Mehdi, Cəfərquliyev İlkin, Osmanzadə Zeynəb öz çıxışlarında Əsas Qanunun ayrı-ayrı maddələri ilə bağlı məlumat verdilər. Azərbaycan Respublikasının dövlət quruluşu, vətəndaşların hüquqları, azadlıqları, vəzifələri və dövlət atributları barədə danışıldı. Konstitusiyanın hər bir vətəndaşa verdiyi imkanlar, onun əhəmiyyəti izah edildi. Şagirdlərdən Məmmədov Ceyhun və Balamedli Əşrəf Konstitusiyanı əks etdirən layihəni nümayiş etdirdilər.