Üçrəngli bayrağım

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünə müqədəss borc bilir. 08.11.2017-ci il tarixdə Va sinfində “Üçrəngli bayrağım” adlı təşkilat saatı keçirildi. Təşkilat saatını giriş sözü ilə sinif rəhbəri Xuraman Həsənova açdı. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında danışıb, bildirdi ki, Dövlət Bayrağı Meydanın açılışı və Dövlət Bayrağının qaldırılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdi. Bu gün Azərbaycanımızın hər bir guşəsində Dövlət bayrağımız qürürla dalğalanır və dalğalanacaq. Eşq olsun Azərbaycan Bayrağına.