"Bayraq mənliyimdir, bayraq kimliyim..."

8 noyabr 2017-ci il tarixdə IIIb sinif müəllimi Səidə Zülfüqarova “9 Noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş təşkilat saatı keçirdi. Müəllimin məqsədi şagirdlərə vətənpərvərlik hissi aşılamaq, dövlət artributlarına hörmətlə yanaşmağı təbliğ etmək idi. Məktəbin direktoru Gülşən xanım Əliyeva, tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva sinif müəllimi Səidə Zülfüqarovanın bu fəaliyyətini yüksək qiymətləndirdilər.