Mənim müqəddəs bayrağım

8 noyabr 2017-ci il tarixində IIf sinfində Bayraq Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə şagirdlər bayrağa həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular. Sinif müəllimi Pərvanə Dadaşova Bayraq Gününün tarixindən danışdı. Üçrəngli bayrağımızın bizim qürur mənbəyimiz olmasını bir daha vurğuladı. Bayrağımızın işğal olunmuş torpaqlarda dalğalanacağı günün çox da uzaqda olmadığını inamla körpə fidanlara çatdırdı. Uşaqların hazırladığı konpozisiyalarda vətən, şəhidlik haqqında da şeirlər söylənildi. Qızların bayraq libasında, oğlanların isə hərbi geyimlərdə olması onların çıxışlarını daha da maraqlı etdi. Bayrağımıza, vətənimizə olan sonsuz sevgini onların simalarında belə görmək olurdu.