I - IV siniflərdə "9 Noyabr Dövlət Bayraq Günü" keçirildi

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə 8 noyabr 2017-ci il tarixində Ia, If, Iç, Iə, Ig, 1k, IIIe, IIIf siniflərində "9 Noyabr Dövlət Bayrağı Günü" münasibəti ilə tədbirlər keçirildi. Şagirdlər bayrağa, vətənə aid şeirlər söylədilər, mahnılar səsləndirdilər. Məqsəd şagirdlərə vətənpərvərlik hislərini daha da dərindən aşılamaq idi. Sonda şagirdlər möhtərəm prezidentimiz İlham Əliyevin "Bayrağımız qürur mənbəyimizdir" fikrini səsləndirdilər, bayrağımızın gözəl Qarabağımızda- Şuşamızda dalğalanmağı arzusu ilə tədbiri yekunlaşdırdılar.