"Ey müqəddəs bayraq, canımız sənə fəda olsun"

Bu gün şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində xüsusi rolu olan 281 saylı tam orta məktəbdə müəllim , şagird və valdeynlərin iştirakı ilə "9 Noyabr Bayraq Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir vətən, torpaq və böyük sevgi üzərində qurulmuşdu. Bu sevgi kiçik “sabahın əsgərləri”nin üçrəngli bayrağımızı meydana necə böyük həvəslə gətirdikdə göründü. “Sabahın əsgərləri” bayrağı Səməndər quşu kimi bütün meydan boyu süzdürdülər. Hər bir sinif bayrağa məhəbbətini öz şüarlarında ifadə etmişdilər. “Bayraq bir millətin özü deməkdir” devizi altında velosiped yürüşü də keçirildi. Bu bayrağımıza olan sevgi və dəyərin ən böyük bariz nümunəsi idi. Maraqlı və rəngarəng çıxışlar tədbirə xüsusi rəng qatırdı. Yekun sözü ilə çıxış edən məktəbin direktoru Gülşən xanım Əliyeva bu möhtəşəm gün münasibəti ilə bütün şagird və müəllim kollektivini təbrik etdi və əminliklə vurğuladı ki, bu ruhda böyüyən gənclər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə tezliklə Qarabağı düşməndən xilas edəcəklər. O gün yetişəcək və bu “Al rəngli pəri” Qarabağ torpağına sahib çıxacaq. Biz buna əminik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi