"Bayraq qürurum" adlı təşkilat saatı

9 Noyabr Bayram Günü ilə bağlı silsilə tədbirlərin davamı olaraq 8 noyabr 2017-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Zərovşən Qafarova XId sinfində təşkilat saatı keçirdi. Təşkilat saatında bayrağımızın keçdiyi tarixi yol haqqında məlumat verən şagirdlər Ə.Hüseynzadənin üçrəngli bayrağımızın ərsəyə gəlməsindəki rolundan, ulu öndər Heydər Əliyevin bayrağımızı yenidən dövlət salonuna necə gətirməsindən bəhs etdilər. Bayraqla bağlı mahnılar oxuyub, şeirlər söyləyən şagirdlər bir daha əminliklə bildirdilər ki, dövlət rəhbərliyinin komandanlığı ilə üçrəngli bayrağımız tezliklə Qarabağ göylərində dalğalanacaq. O gün çox da uzaqda deyil. İnşallah!