“Şam süfrəsinin hazırlanması və şagirdlərin süfrə arxasında davranış qaydaları”

7 noyabr 2017-ci il tarixində IIIb “Sağlam təhsil” sinfində Səidə Zülfüqarovanın texnologiya fənnindən keçdiyi dərsin mövzusu “Şam süfrəsinin hazırlanması və şagirdlərin süfrə arxasında davranış qaydaları” idi. Bu dərsdə müəllimə şagirdlərə süfrə arxasında düzgün oturuş qaydaları haqqında məlumat verdi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova da iştirak etdi. Bəsti müəllimə dərsdən çox razı qaldı və şagirdlərə gördükləri əl işlərinə görə təşəkkürünü bildirdi.