“Bayrağımız qürur mənbəyimizdir”

7 noyabr 2017-ci ildə IIIa “Sağlam təhsil” sinfində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda təşkilat saatı keçirildi. Sinif müəllimi Şəlalə İsmayılova 20-ci əsrin əvvəllərində xalqımızın apardığı azadlıq mübarizəsindən danışaraq 1918-ci ildə Şimali Azərbaycanda qaldırılan üçrəngli bayrağın türkçülük, islamçılıq, müasirlik kimi müqəddəs bir amal daşıdığını bildirdi. Tərgül Quliyeva, Zəhra Şıxıyeva, Validə Aslanova, Aygün Mirzəyeva bayraq haqqında şeirlər söylədilər. Bayrağımızın qürurla dalğalandığı bayraq meydanı haqqında danışan Milana Turabova, Fəxri Abbaslı, Zəhra Şıxıyeva bu meydanın Bakının bir mədəniyyət mərkəzinə çevrildiyini bildirdilər. Ramil Abbasov: “Tezliklə Milli Dövlət Bayrağımız işğal altında olan torpaqlarda – Qarabağda, Xankəndində, Şuşada qaldırılacaq. O gün uzaqda deyil, yaxındadır”- dedi.Ramilin bu fikrini sinif uşaqları ayağa qalxaraq alqışladılar.