"Fənn müsabiqəsi" keçirildi

Bakı şəhəri məktəbliləri arasında istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərin fənlərə olan marağın artırılması, şagirdlərin öz bilik və bacarıqlarının nümayiş etdirmələrinə imkanın, onlar arasında sağlam rəqabət və yarış mühitinin yaradılması və onlarla gələcəkdə məqsədyönlü layihələrin həyata keçirilməsi məqsədi ilə fənn müsabiqələrin keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə VI siniflərdə riyaziyyat, VII siniflərdə isə informatika, kimya, biologiya, fizika fənlər üzrə məktəbdaxili müsabiqə keçirildi. Qalıblər Bakı şəhəri məktəbləri arasında keçiriləcək fənn müsabiqəsinə iştirak üçün vəsiqə qazandılar.