"Oxu bacarıqları səviyyəsinin öyrənilməsi monitorinqi başa çatdı"

Təhsilin keyfiyyətinin yüksəldilməsi proqramına əsasən 281 nömrəli tam orta məktəbdə rəhbərliyin 12 oktyabr 2017-ci il tarixli 264 nömrəli əmrinə əsasən III-IV siniflərdə oxu bacarıqları səviyyəsinin öyrənilməsi monitorinqi 31 oktyabr 2017-ci il tarixdə başa çatdı.16-31 oktyabra qədər davam edən monitorinqdə şagirdlərin oxuyub anlama bacarığı yoxlanıldı. Yoxlamanın nəticələrinə görə üçüncü siniflər arasında IIIç, IIIe, dördüncü siniflər arasında isə IVa, IVe, IVc sinifləri daha çox fərqləndilər. Komissiya sədri Bəsti Nəsibova zəif nəticə göstərən siniflərlə xüsusi məşğul olmaq üçün müəllimlərə göstəriş verdi və bildirdi ki, düşünməyi, anlamağı bacarmayan uşaq heç vaxt öz hüququnu və vəzifələrini bilməyəcək. Hüquq və vəzifələrini bilməyən uşaq isə gələcəkdə vətəninə, millətə əsl vətəndaş ola bilməz. Komissiya üzvləri "Sağlam düşünməyi bacaraq" devizi ilə belə monitorinqlərin gələcəkdə də davam etməsini tövsiyə etdilər.