Növbədənkənar keçirilən "Pedoqoji şura"

28 oktyabr 2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb bütövlükdə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Suraxanı rayonu məktəbləri ilə keçirilən “Məktəb seminarları”na həsr edilmiş pedoqoji şura və metodbirləşmə iclasları keçirdi. Saat 08:30 dan 10:00 dək davam edən fənn metodbirləşmə yığıncaqlarında metodbirləşmə rəhbərləri öz həmkarları ilə “Məktəb seminarları”nda qoyulan məsələlərə aydınlıq gətirib verilən tapşırıqları onların nəzərinə çatdırdılar. Daha sonra saat 10:00 da isə məktəbdə növbədənkənar pedaqoji şura keçirildi. Pedaqoji şurada məktəbin direktoru Gülşən Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini İlham Kazımov “Məktəb seminarları”nda müzakirə olunan fikirlərə bir daha toxundular. Hər bir məsələ ayrı-ayrılıqda müzakirə olundu. Məktəb rəhbərliyi kollektivi “Təhsildə keyfiyyət ili”ndə daha da məsuliyyətlə işləməyə, verilən tapşırıqları keyfiyyətlə yerinə yetirməyə səslədi və kollektivin hər bir üzvünə işlərində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi