Bülbülün 120 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa"

27.10.2017-ci il tarixdə 281 nömrəli tam orta məktəbdə musiqimizin korifey sənətkarı istedadlı vokalist, xanəndə və müğənni Bülbülün 120 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Azərbaycan sənətkarları arasında İtalyada təhsil alan ilk ifaçımızın yaradıcılığı haqqında şagirdlər məlumat verdilər. Görkəmli sənətkarlarımızın ecaskar səsi dinlənildi. Şagirdlərin hazırladığı təqdimatlar Bülbül yaradıcılığının çox zəngin olduğunu göstərdi.