III-IV siniflərində oxu bacarıqları səviyyəsinin öyrənilməsi
Təhsilin keyfiyyətinin yüksəldilməsi proqramı ilə bağlı 281 nömrəli tam orta məktəbdə müxtəlif tədbirlər planı həyata keçirilir. Belə ki, məktəb rəhbərliyinin 12 oktyabr 2017-ci il tarixli 264 №li əmrinə əsasən məktəbin III-IV siniflərində oxu bacarıqları səviyyəsinin öyrənilməsi məqsədi ilə direktor müavini B.Nəsibovanın sədrliyi ilə komissiya yaradıldı. Komissiya üzvləri həm ibtidai, həm də yuxarı sinifdə dərs keçən Azərbaycan dili və ədəbiyyat müəllimlərindən təşkil edildi. Siniflərdə dəqiq, səlis və intonasiya ilə oxuyan şagirdlər müəyyən edildi, oxu bacarığı zəif olan şagirdlərə kömək məqsədi ilə sinif müəllimlərinə göstərişlər verildi.