“Təmiz əllər həyatımızı xilas edir” adlı tədbir

Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə təşkilatı və UNİSEF tərəfindən “Təmiz əllər həyatımızı xilas edir” devizi altında 15 oktyabr “Ümumdünya təmiz əllər günü” elan olunmuşdur. Bu məqsədlə məktəbimizin müxtəlif siniflərində şagirdlər arasında maarifləndirmə tədbirləri həyata keçirildi. 23 oktyabr 2017-ci il tarixində “Əllərin gigiyenası” mövzusunda mühazirələr oxundu, əllərin təmizliyinin sağlamlığımızda böyük rol oynadığı, yoluxucu xəstəliklərin, virusların yayılmasının çirkli əllərdən qaynaqlandığı izah edildi. Çirkli pullar, ümumi istifadə olunan ayaqyoluların dəftərləri, ümumi nəqliyyat vasitələrin–avtobuslarda tutacaqlardan istifadə infeksiyalara yoluxma hallarına səbəb olur. Bunların qarşısını almaq üçün özümüzü yoluxucu xəstəliklərdən qorumaq üçün tez–tez və düzgün şəkildə əllərimizi yumağın vacibliyindən danışıldı. Əsasən ibtidai sinif şagirdləri arasında slaydları nümayiş etdirilib. IVg və IVd sinif şagirdlərinin iştirakı ilə şəkil və videoçarx nümayiş etdirildi. Şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi