"Sağlam təhsil"in I k sinfində tədqiq işinin aparılması
V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin psixoloqu Nurlanna Əhmədova "Sağlam təhsil"in I k sinfində illik fəaliyyət planına əsasən şagirdlərdə idrak prosesləri və emosional sahənin tədqiq işini müxtəlif yönümlərdə apardı. Tədqiq işi ilk olaraq A.Kren-Y.Yerasek testinin I mərhələsi "Adam şəklini çək" tapşırığı ilə başlandı. II tapşırıq olan "Hərflərin dəqiqliklə köçürülməsi" mərhələsi şagirdlər tərəfindən maraqla qarşılandı. III mərhələdə isə "Nöqtələr qrupunun üzündən köçürülməsi" tapşırığı yerinə yetirildi. Test keçirməkdə məqsəd şagirdlərdə xarakterizə olunan psixodiaqnoztik məqamları aşkar etməkdir.