18 Oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə 18 Oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə müstəqillik illərinə qədər xalqımızın keçdiyi çətin yollardan və azadlığımızı qazanmaqla əldə etdiyimiz nailiyyətlərdən geniş bəhs edildi. Dövlət Müstəqilliyi Gününə həsr edilən tədbir şanlı dövlət himnimizin səslənməsi ilə açıq elan olundu. 4e sinfinin şagirdləri dövlətimizin müstəqillik tarixinə nəzər salaraq, Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bildirdilər. Tədbirdə o da vurğulandı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirin sonunda məktəb direktoru Gülşən xanım Əliyeva çıxış edərək, sinif rəhbəri Fənurə Mühacirovaya və 4e sinif şagirdlərinə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi