18 Oktyabr Müstəqillik Günü ilə bağlı "Dəyirmi masa"

18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova VIIc sinfində "Azadlıq mübarizlik tələb edir" mövzusunda dəyirmi masa təşkil etmişdir. Şagirdlər Vətənimizin keçmişi, bu günü, keçdiyi şərəfli tarixi haqqında maraqlı məlumatlarla çıxış etdilər. Bundan əlavə E.Elatlının "Qisas gecəsi" romanından, onun Azərbaycan gənclərinin vətənpərvər və mübariz ruhda yetişməsindən danışdılar. Əsərdən səhnəciklər təqdim edən şagirdlərdə erməni vəhşiliyinə xüsusi bir nifrət hiss olunurdu. Dəyirmi masaya təqdimatlar, vətən ruhlu şeirlər, albomlar və divar qəzetləri hazırlayan uşaqlar Yurdumuzun müstəqiliyinin əbədi olacağını və bu yolda mübarizlik göstərəcəklərinə and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi