IX sinif şagirdlərinin ümumməktəb valideyn iclası

13.10.2017-ci il tarixdə V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin akt zalında IX sinif şagirdlərinin ümumməktəb valideyn iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Gülşən xanım Əliyeva açdı. Bildirdi ki, IX siniflər artıq yeni təhsil qanunlarına görə, buraxılış sinfidir. Azərbaycan dili və riyaziyyat fənnindən imtahan verməlidirlər. Bu məqsədlə IX siniflərdə məktəb rəhbərliyi tərəfindən il ərzində monitorinq xarakterli yoxlamalar keçiriləcəkdir. Valideynlərdən xahiş olundu ki, bu sahədə övladlarına dəstək olsunlar və daim məktəblə sıx əlaqə saxlamağa çalışsınlar. Sonda valideynlər bu işdə məktəb rəhbərliyinə dəstək olacaqlarını söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi