5 oktyabr "Beynəlxaq Müəllimlər Günü"

Bəşəriyyəti ömür boyu irəli aparan, onu savadlı insanlarla təmin edən qüvvə müəllimdir. Bir məşhur deyimdə olduğu kimi "Valideynlərim məni göydən yerə endir, müəllimlərim isə məni yerdən göyə qaldırdı". İnsanın həyatda ilk müəllimi valideynləridir, amma həyata baxışının formalaşmasında, onun savadlı və təkmil bir insan kimi yetişməsində əsl müəllimlərin rolu böyükdür. 5 oktyabr "Beynəlxaq Müəllimlər Günü" münasibəti ilə V.Mirzəliyev adına 281 tam orta məktəbdə IV, Va və Vc sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları şeir, mahnı və rəqsləri ilə öz müəllimlərinin bu gözəl gününü təbrik etdi. Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.