Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbimizə verilən qiymət

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələlərindən bəhs olunub.Tədbirin sonunda ötən tədris ilində qazanılan nailiyyətlərə, təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə bir sıra təhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri BŞTİ-nin Fəxri Fərmanı ilə təltif olunublar. Bu direktorların və təlim-tərbiyə işləri üzrə direktor müvinlərinin sırasında Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin direktoru Əliyeva Gülşən Firudin qızı və təlim-tərbiyə işləri direktor müavini Kazımov İlham Alı oğlu da var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi