İcma nümayəndələri ilə görüş

29 sentyabr 2017-ci il tarixdə məktəbimizin akt zalında valideyn icma nümayəndələri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşü giriş sözü ilə açan məktəb rəhbəri Gülşən xanım Əliyeva valideynləri salamlayib bütün uşaqlara uğurlu il arzuladı. Gülşən xanım uşaqların təlim-tərbiyəsində məktəbin xüsusi rolu olduğunu və bu işdə valideynlərlə müəllimlərin birgə əməyindən danışdı. Onu da qeyd etdi ki, bu gün seçiləcək icma sədri və icma nümayəndələri məktəblə sıx əlaqədə olmalı və məktəbin ümumi qaydaları həm şagirdlərə, həm də valideynlərə düzgün çatdırılmalıdır. Tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva da bu məsələyə toxundu və əlavə etdi ki, məktəb, şagird və valideyn üçbucağı nə qədər möhkəm olsa, nizam-intizam da yüksək səviyyədə olacaq. Sonda yeni tədris ili üçün icma üzvlərinin yeni tərkibi seçildi.