Beynəlxalq Sülh Günü

21 sentyabr dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. Hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək respublikamızda "Sülh aylığı" keçirilir. Bu məqsədlə məktəbimizdə 18-21 sentyabr tarixlərində "Göyərçin sülh rəmzidir" adlı rəsm sərgisi təşkil edildi. 21 sentyabr 2017-ci il tarixdə isə "Biz sülh istəyirik" adlı tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini, UBR, tarix müəllimləri iştirak etdilər. İştirakçılar müharibə, terror və digər silahlı münaqişələrin qurbanı olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra şagirdlər Sülh mövzusunda maraqlı məlumatla çıxış etdilər. Tarix müəllimi öz çıxışında vətənimizin müharibə şəraitində olduğunu və bu vəziyyətin tezliklə sülh yolu ilə həll olunacağını bildirdi. Onu da qeyd etdi ki, nədənsə mənfur qonşular sülh yolundan qaçırlar. Sonda sülh çarçıları olan uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində yaşamaq arzusunda olduqlarını bildirdilər və sülh, azadlıq rəmzi olan göyərçinləri səmaya uçurtdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi