4e sinfi Elazər Cəfərovanın rəhbərliyi ilə ”Yolunuz açıq olsun dördüncülər” adlı buraxılış tədbiri keçirildi. Gözəl səhnə tərtibatı, maraqlı və şən rəqslər, ən əsas da uşaqların aktyorluq məharəti tədbirə gələnləri heyran etdi. Elm təhsil vətən mūəllim və vətəndaş motivləri ūzərində qurulan tədbirdə milli mənəvi dəyərlərə yūksək qiymət verildi. Bu baxımdan dahi Ü.Hacıbəylinin “O olmasın bu olsun” və ”Arşın mal alan” musiqili komediyasından parçalar oynayan şagirdlərin istedadı qonaqlara xüsusi zövq verdi. Sonda məktəbin direktoru Gülşən xanım Əliyeva və direktor mūavini Bəsti xanım uşaqların fəallığını və istedadlarını xüsusi vurğuladılar. Bildirdilər ki, bu yaşda uşaqların mənəvi dəyərlərimizə belə mūnasibət millətimizin gələcəkdə etibarlı əllərdə olcağından xəbər verir.