"Nature of my Country" (Ölkəmin təbiəti) mövzusunda "Açıq dərsi"

08.06.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Kəmalə Qocayeva VI"ç" sinifində "Nature of my Country" (Ölkəmin təbiəti) mövzusunda açıq dərsi keçirildi. Dərsin məqsədi şagirdlərdə təbiətin əhəmiyyəti haqqında bilikləri genişləndirmək, ölkənin füsünkar təbiətini bir daha sevdirmək və ingilis dilində mövzu üzrə dil bacarıqlarını inkişaf etdirmək idi. Zəngin materialla dolu dərs zamanı şagirdlər Azərbaycanın flora və faunası haqqında geniş məlumatları bölüşdülər, verilmiş naməlum mətnləri oxuyub, verilmiş suallara düzgün və dolğun cavablandırdılar. Mövzuya aid mahnılar oxudular. Şagirdlər Azərbaycanın təbiətinin gözəlliyi, onun qorunması və gələcək nəsillərə ötürülməsi üçün görülmüş işlər və mövcud problemlər haqqında təqdimatlarla çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi