Əlifbanı öyrəndik adlı tədbir

06.06.2017-ci il tarixində I"c" sinif şagirdləri Aygün Nəcəfovanın rəhbərliyi ilə "Əlifbanı öyrəndik" adlı tədbir keçirildi. Gözəl səhnə tərtibatı, maraqlı səhnəciklər, şən rəqslər, şagirdlərin xüsusi fəallığı qonaqları heyran etdi. Məktəbin direktoru Gülşən xanım Əliyeva sinif rəhbərini, valideyn və uşaqları, xüsusi ilə daha fəal olan nənələri təbrik etdi. Sonda Gülşən xanım "Torpaqdan pay olmaz" səhnəciyini xüsusi vurğulayıb bildirdi ki, bu yaşda uşaqların vətən məhəbbəti, vətən sevgisi ilə böyüməsi Azərbaycanın işıqlı və parlaq gələcəyinə zəmin yaradır.