Xəzərin sahilində bir gün

03.06.2017-ci il tarixində məktəbin 2"d" sinif şagirdləri sinif müəllimləri Ülviyyə Şirəliyevanın rəhbərliyi altında doğma Bakımızın tarixi yerlərinə ekskursiya etdilər. Fəxri xiyabanda ulu öndərin abidəsini ziyarət etdilər. Müəllimə Azərbaycanın memar və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyev haqqında şagirdlərə geniş məlumat verdi. Bildirdi ki, ulu öndər uşaqları həmişə diqqət mərkəzində saxlamış və onlara xüsusi qayğı göstərmişdir. Şagirdləri Xəzər dənizinin sahilinə aparıb, doğma Xəzərimiz haqqında məlumatlar verdi. Sonda müəllimə şagirdlərə doğma Bakımızı sevməyi, vətənə layiqli övlad olmağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi