Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb Bakı məktəbləri arasında öz uğurları, nailiyyətləri ilə həmişə seçilmişdir. Hər il orta məktəbi bitirən şagirdlərimizin əksəriyyəti yüksək nəticələrlə republikamızın ali təhsil müəssisələrinə daxil olurlar. Məktəbimizin şagirdləri hər il keçirilən olimpiadalarda da müvəffəqiyyətlə iştirak edirlər. 2016-2017-ci tədris ilində keçirilən Fənn olimpiadalarında da məktəbimizin şagidləri fəal iştirak etdilər. Məktəbimizin IX"ç"şagirdi Heybətli Xumar Fariz qızı coğrafiya fənni üzrə olimpiadanın son mərhələsində qalib gələrək qızıl medalla mükafatlandırıldı. XI"ç" sinif şagirdi Zamanlı Lamiyə Osman qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medalla mükafatlandırıldı. Şagirdlərimizi ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.