Hər oxuyan Molla Pənah olmaz adlı "Dəyirmi masa"

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi ilə bağlı Respublikamızda müxtəlif tədbirlər planı həyata keçirilir. Bu planın tərkibi olaraq 31.05.2017-ci il tarixində VIII"e" sinif şagirdləri "Hər oxuyan Molla Pənah olmaz" adlı dəyirmi masa təşkil etdilər. Şairin istər xalq şeiri janrlarında, istərsə də klassik janrlarda yazdığı əsərlərini əzəb söyləyən şagirdlər onun həyat və yaradıcılığına da xəyali səyahət etdilər. Zərovşən müəllim Vaqifin Azərbaycan tarixində yalnız şair, gözəl əsərlər müəllifi deyil, həm də ictimai xadim kimi əvəzsiz fəaliyyətindən danışdı. Şagirdlər S.Vurğunun "Vaqif" dramı haqqında da məlumat verib, Y.V.Çəmənzəminlinin "Qan içində" romanındakı Vaqiflə dramdakı Vaqifi müqayisə etdilər. Sonda bir daha vurğulandı ki, xalq üçün, millət üçün çalışan insanlar unudulmur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi