28 May Respublika günü ilə bağlı IX"ç" və IX"ə" sinifləri E.Elatlının "Qisas gecəsi" romanını müzakirə etdilər. Müasir vətən tarixini əks etdirən bu əsər Milli Qəhrəman Mübariz İbrahimovun həyat və döyüş yolunu xalqa çatdırmaq işində əvəzsiz bir nümunədir. Məhz bu baxımdan şagirdlər həm əsərdəki bədii obraz olan Mübarizi, həm də tarixi şəxsiyyət olan Mübarizi təhlil etdilər. Qəhrəmanla bağlı videolenti izləyən şagirdlər yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin aşılanması baxımından əsəri yüksək qiymətləndirdilər. Kitabxanaçılar Nazilə və Səyyarə xanım, psixoloq Nurlanna Əhmədova və Zərövşən müəllim vətənpərvərlik mövzusunda yazılan əsərlərin müharibə şəraitində yaşayan yeniyetmə və gənclərə necə böyük tərbiyəvi təsir göstərdiyini bildirdi.