23.05.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbin musiqi müəllimi Vəfa Məmmədovanın açıq dərsi keçirildi. Dərsin mövzusu "Dan Ulduzu" kamera-instrumental ansamblı idi. Açıq dərsdə IX"ə" sinif şagirdləri iştirak edirdilər. Dərs zamanı şagirdlər "Dan Ulduzu" ansamblı haqqında geniş məlumat aldılar. Eyni zamanda bu ansamblın ifasında məhşurlaşan görkəmli sənətkarlarımızla tanış oldular. Bəstəkar Emin Sabitoğlunun kinofilmlərə bəstələdiyi musiqilər haqqında danışıldı. "Nə gözəldir Azərbaycan" mahnısı və bəstəkarın digər mahnıları şagirdlər tərəfindən ifa olundu. Şagirdlərin yaradıcılığı da dərsdə öz əksini tapdı. Avropa aləti olan gitara və milli alətimiz olan tarda ifa edərək şagirdlər öz istedadlarını nümayiş etdirdilər. Dərs Emin Sabitoğlunun "Azərbaycan" mahnısı ilə yekunlaşdı.