12.05.2017-ci il tarixində VI"ç" sinfində Şəbnəm Hacıyevanın ingilis dili fənnindən açıq dərsi keçirildi. Dərsin mövzusu "Kosmosa uçuş" idi. Şagirdlər kosmosa uçuşun tarixi haqqında, Yuri Qaqarin, Valentina Tereşkova, Aya ilk dəfə ayaq basan Neil Armstronq və Bazz Aldrin haqqında məlumatlar verdilər. Sonra ilk peykimiz "Azərspace-1" haqqında məlumat verən şagirdlər kosmik uçuşların həyata keçirilməsi, azərbaycanlı K.Kərimovun bu işdə rolu və mövqeyi barədə danışdılar.