Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə "Dəyirmi masa"
10.05.2017-ci il tarixində X"ç" sinif şagirdləri ilə ümummilli liderimiz, müasir Azərbaycan qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə dəyirmi masa təşkil olundu. Şagirdlərin məruzələrində Heydər Əliyevin Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə yeritdiyi daxili və xarici siyasətin nəticələri vurğulandı. Həmçinin şagirdlərin hazırladıqları əl işləri nümayiş olundu. Sonda məktəbimizin direktoru Gülşən xanım Əliyeva Heydər Əliyev siyasəti nəticəsində çiçəklənən, dünyaya günəş kimi doğan Azərbaycan haqqında fikirlərini söylədi və şagirdlərə uğurlar arzuladı.