281 nömrəli tam orta məktəbin GÇH rəhbəri baş-leytenant Köçəri Verdiyev Zeynalabdin oğlu məktəbin VII-VIII-IX sinif şagirdləri ilə "Qəhrəmanlığa gedən yol" mövzusunda söhbət aparmışdı. GÇH rəhbəri şagirdlərə 1-ci Qarabağ döyüşçüləri və aprel qəhrəmanları haqqında geniş məlumat verdi. Sabahın əsgəri olan bu şagirdlər güclü Azərbaycan ordusunda xüsusilə ön cəbhədə xidmət edəcəkləri günü səbirsizlikdə gözlədiklərini qeyd etdilər.