28.04.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuşdur. Hər sinif ayrı-ayrılıqda şagirdlərin əl işlərindən ibarət guşə yaratmışdı. Muncuqdan, balıqqulağından, rəngli saplardan istifadə edərək şagirdlər cürbəcür əl işləri hazırlamışdılar. Daha çox diqqəti cəlb edən əl işi Azərbaycan Respublikasının Milli atributları olan bayrağımız, gerbimiz oldu. III"g" sinif şagirdi Səmədov Amalın hazırladığı Ulu Öndərimizin muncuqlarla bəzədilmiş rəsmi sərgi iştirakçılarının marağına səbəb oldu. 1"f" “Sağlam təhsil” sinfinin şagirdlərinin geyimləri sərgi iştirakçılarına xoş anlar yaşatdı. Sərgi zamanı şagirlərin gözəl şeir söyləməsi, mahnı oxuması və rəqsləri sərgini daha da maraqlı etdı.