Uşaqlarda mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə "Oxu günü-3" layihəsi bu dəfə də V"f" sinfində tətbiq edildi. 28.04.2017-ci il tarixində layihə çərçivəsində dünya ədəbiyyatından Mark Tvenin yaradıcılığına müraciət etdilər. Kitabxanada dəyirmi masa ətrafinda toplaşan uşaqlar ilk olaraq kitabxanaçılar-Nazilə və Səyyarə xanım "Dünya uşaq ədəbiyyatı antalogiyası"nın nəşrləri ilə tanış etdilər. Ədəbiyyatda uşaq taleyi uşaq həyatı haqqındakı bədii nümunələr içərisində "Şahzadə və dilənçi"nin xüsusi yer tutduğunu bildirdi. Maraqlı müzakirələrin sonunda Zərovşən müəllim kitabın insan həyatında xüsusi yer olduğunu bildirib, mütaliyə ilə məşğul olmağı tövsiyə etdi.