Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi mövzusunda "Dəyirmi masa"
28.04.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbdə VII"a" sinfinin iştirakı ilə "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusunda deyirmi masa keçirildi. Şagirdlərdən İsmayılova Gülbahar "Azərbaycanın florası" mövzusunda çıxış edərək hazırladığı təqdimatı nümayiş etdirdi. O, Nadir bitkilər və Qırmızı kitab haqqında da məlumat verdi. Hüseynova Sevinc "Azərbaycanın təbii sərvətləri" mövzusuda işlədiyi materialı yoldaşlarının diqqətinə çatdırdı. Şagirdlər onun maraqla dinləyib, yeni məlumatlardan yararlandılar. "Azərbaycanın faunası" mövzusunda Rüstəmov Sənan çıxış etdi. O, Azərbaycanın meşələrində rast gəlinən nadir heyvan növləri haqqında məlumat verdi. Həmçinin şagirdlər flora və faunamızı mühafizə edən qoruqlar, yasaqlıq və milli parklar haqqında maraqlı diskusiya apardılar.