“Bioloji biliklərin əhəmiyyəti” mövzusunda layihə

25.04.2017-ci il tarixində məktəbin biologiya müəllimi Samirə Hüseynovanın rəhbərliyi ilə VIc sinfi “Bioloji biliklərin əhəmiyyəti” mövzusunda layihə hazırladı. Dərs rollu oyun şəklində quruldu. Dərsin məqsədi şagirdlərin il ərzində əldə etdiyi bioloji biliklərdən müxtəlif həyati problemlərin həllində istifadə bacarıqlarını,müstəqil düşünmə qabiliyyətlərini inkişaf etdirmək idi. Qruplara bölünən şagirdlər əlavə resurslardan istifadə etməklə verilən taşırıq üzrə qısa məqalələr,divar qəzeti,əl işləri,canlı eksponatlar,videomateriallar təqdim etdilər.