“Oxu günü -3” layihəsi davam edir. Bu dəfə gənc oxucular- 10d sinif şagirdləri xalqımızın yaxın tarixini əks etdirən, amansız erməni vəhşiliyini bədii lövhələrlə təsvir edən “Cəhənnəmdən gələn səs” romanını müzakirə etdilər. Elxan Elatlı və onun yaradıcılığı haqqında məlumat verən şagirdlər bu əsərin qan yaddaşımızda necə dərin və silinməz izlər qoyduğunu bildirdilər. Əsərdə eyni zamanda Milli Təhlükəsizlik orqanlarında çalışan ürəyi vətənlə döyünən cəsarətli oğullarımızın işinin haqq işi olduğu vurğulandı. Sonda Zərövşən müəllimə və psixoloq Nurlanna Əhmədova uşaq və yeniyetmələrdə vətənpərvərlik hissinin aşılanmasında belə əsrlərinin xüsusi rolu olduğunu qeyd etdilər.