“Ətraf mühitin çirklənməsi” mövzusunda "Açıq dərs"

24.04.2017-ci il tarixində 281 nömrəli məktəbin bilogiya müəllimi Nəzakət Mustafayeva “Ətraf mühitin çirklənməsi” mövzusunda açıq dərsi oldu. Dərsdə müasir ekolji problemlərə aid animasiyalar, vidioçarxlar təqdim edildi. Şagirdlər dərsdə fəallıq göstərərək, atmosferin, torğağın, suyun çirklənmə mənbələri, bu çirklənmələrin nəticələri və problemin həlli yolları ətrafında təqdimatlar hazırladılar. Bunun üçün sinif 3 qrupa bölündü. ”Yer kürəsi”, ” Ekoloqlar” və “Təmiz həyat”. Qruplar işlərini təqdim etdilər, maraqlı müzakirələr apardılar. Müəllimə şagirdlərə tullantısız texnologiyalar barədə məlumatlar verdi. O, Leyla Əliyevanın “İDEA” təşkilatından və onların bu sahədə gördükləri işlərdən danışdı. Tullantılardan hazırlanmış bir neçə əyani vəsait təqdim etdi. Daha sonra tullantısız texnologiyalara aid vidioçarxlara baxıldı. Dərsdə antropegen amillərin canlıların həyatında rolu şərh edildi. Maraqlı müzakirələr aparıldı. Müasir dövrlə əlaqə yaradılldı.